Gecə yuxusunun az olması insulin müqavimətinin yaranmasına və şəkərli diabetin inkişafına, həmçinin çəki artımına səbəb ola bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru, tibb elmləri doktoru Vera Larina bu fikri irəli sürüb. O qeyd edib ki, böyüklər üçün gündə yeddi-doqquz saat yuxu kifayətdir və gecə saat 22:00-23:00 aralığında yatmaq məsləhətdir, çünki bu dövrdə orqanizm yuxu hormonu – melatonin istehsal edir. Melatonin maksimum dozasına çatdıqda, yuxuya getmək daha asan olur.
“Melatonin insan orqanizminin bioritmlərini sinxronlaşdırır və ömrü uzadır,” deyə həkim izah edib.
Rusiyanın səhiyyə naziri Mixail Muraşko isə bildirib ki, gündə 6 saatdan az yatan insanların erkən ölüm riski 30% çoxdur. Həmçinin, yuxu azlığı idrak funksiyasını və məhsuldarlığı 40% azalda bilər.