İnsanların uzunömürlü olması bir çox amillərdən asılıdır, lakin ən vacibi düzgün qidalanmadır. Düzgün qidalanma isə yalnız təzə meyvə və tərəvəzlərə üstünlük verməklə təmin edilə bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, alimlər yeni bir araşdırma nəticəsində qara qarağatın bir neçə faydalı xüsusiyyətini aşkarlayıblar. Bu giləmeyvə damar sağlamlığına müsbət təsir göstərir.
“Cəmi 7 gün bu giləmeyvədən yedikdən sonra qan dövranı yaxşılaşır və bədən 10 il cavanlaşır,” deyə professor Mark Villems bildirib. Onun sözlərinə görə, qara qarağat ekstraktının tərkibindəki maddələr ürək-damar sisteminin patologiyalarından qoruyaraq, qan təzyiqinin artmasını əngəlləyir.
“Bu giləmeyvə həm də kalium və linolenik turşunun (GLA) əla mənbəyidir. Qara qarağat xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlər üçün olduqca vacib qidadır,” deyə mütəxəssis vurğulayıb.